• WTI

    90.51 USD
  • Brent

    94.89 USD
  • Urals

    84.85 USD
  • Azeri Light

    104.98 USD
Yeni təyinat- İsmayıl Dadaşov

Yeni təyinat- İsmayıl Dadaşov

Məmnuniyyətlə bildiririk ki, 9 sentyabr 2026-cı il tarixindən etibarən İsmayıl Dadaşov Qrup üzrə Xüsusi Layihələr Direktoru və Aparat Rəhbəri vəzifəsinə təyin edilmişdir.

İsmayılın genişləndirilmiş məsuliyyətlərinin əsas istiqamətlərindən biri Qrupun Baş İcraçı Direktorunun təşəbbüsü ilə həyata keçirilən və müxtəlif funksiyaları əhatə edən xüsusi layihələrə başlanğıcdan icraya qədər rəhbərlik etmək, maraqlı tərəflər arasında səmərəli koordinasiyanı, effektiv icranı və layihələrin Qrupun prioritetləri ilə uyğunluğunu təmin etmək olacaq. Bu istiqamətə yataqlarımızda və terminallarda həyata keçiriləcək infrastruktur və obyektlərin təkmilləşdirilməsi təşəbbüsləri, eləcə də digər mühüm tapşırıqlar daxil olacaq.

İsmayıl, həmçinin, rəhbər şəxslərin səfərləri də daxil olmaqla, korporativ tədbirlərin təşkilinə və koordinasiyasına nəzarət edəcək, zərurət yarandıqda Qrupu müvafiq görüşlərdə, komitələrdə və işçi qruplarında təmsil edəcək.

Genişləndirilmiş məsuliyyətləri ilə yanaşı, İsmayıl Aparat Rəhbəri kimi mövcud funksiyalarını da davam etdirəcək. Bu çərçivədə İcraçı və Rəhbərlik Komandalarının görüşlərinin koordinasiyası, Baş İcraçı Direktorun adından əsas qərarların və müəyyən edilmiş öhdəliklərin icrasının izlənilməsi, eləcə də Məşvərət Şurasının Katibi vəzifəsinin icrası onun məsuliyyətləri sırasında olacaq.

O, həmçinin Administrasiya funksiyasına rəhbərliyi davam etdirərək, korporativ obyektlər və iş mühiti ilə bağlı xidmətlərə görə məsuliyyət daşıyacaq.

İsmayılı bu layiqli təyinat münasibətilə səmimi qəlbdən təbrik edir, ona yeni vəzifəsində və GL Group-dakı gələcək fəaliyyətində uğurlar arzulayırıq.