ADA Universitetində keçirilən Bakı Yay Enerji Məktəbi çərçivəsində GL Group-un Kommersiya Direktoru Farid Bağırov “Qlobal Enerji Bazarları Əslində Necə İşləyir?” mövzusunda çıxış edib.
Sessiya zamanı iştirakçılar qlobal enerji bazarlarının praktiki tərəfləri ilə tanış olub, enerji məhsullarının hasilatdan bazara qədər keçdiyi yol, eləcə də sektoru formalaşdıran kommersiya, əməliyyat və bazar əsasları barədə fikir mübadiləsi aparıblar. Bu kimi müzakirələr akademik biliklərlə real biznes təcrübəsi arasında əlaqənin gücləndirilməsinə mühüm töhfə verir.
Tələbələr, gənc mütəxəssislər və gələcək sənaye iştirakçıları ilə bilik və təcrübə paylaşımı enerji sektorunun davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Sənaye nümayəndələrinin real iş təcrübəsini bölüşməsi iştirakçıların sektorun fəaliyyət mexanizmlərini daha yaxından anlamasına imkan yaradır.
Bakı Yay Enerji Məktəbi akademiya və sənaye arasında əməkdaşlığın möhkəmləndirilməsi, peşəkar inkişafın təşviqi və bilik mübadiləsinin genişləndirilməsi üçün mühüm platforma olaraq öz əhəmiyyətini bir daha nümayiş etdirir.