• WTI

    80.17 USD
  • Brent

    85.59 USD
  • Urals

    66.25 USD
  • Azeri Light

    86.83 USD
GL Group Yay Təcrübəçiləri Sahə Əməliyyatları ilə Yaxından Tanış Oldular

GL Group Yay Təcrübəçiləri Sahə Əməliyyatları ilə Yaxından Tanış Oldular

Gələcəyin peşəkarlarına yatırım etmək GL Group-un uzunmüddətli baxışının ayrılmaz hissəsidir.

Yay Təcrübə Proqramı çərçivəsində təcrübəçilərimiz GL Group-un afilə şirkətləri olan “Taghiyev Operating Company” və “GL Technical Services” şirkətlırinin sahələrinə təşkil edilən səfərdə iştirak edərək neft-qaz sənayesinin real əməliyyatları ilə yaxından tanış oldular.

Səfər zamanı iştirakçılar “Taghiyev Operating Company”-nin fəaliyyəti haqqında ətraflı məlumat əldə etdilər. Daha sonra “GL Technical Services”-də Əsaslı Təmir Xidməti və Geofiziki Karotaj Xidməti proseslərini yerində müşahidə edərək sahə əməliyyatlarının təhlükəsiz və səmərəli icrasını təmin edən texnologiyalar, avadanlıqlar və ixtisaslaşmış xidmətlərlə yaxından tanış oldular.

Bu səfər yalnız əməliyat proseslərini yaxından müşahidə etmək deyil, həm də real iş mühitini tanımaq, yeni təcrübə qazanmaq və gələcək peşəkar fəaliyyətlərinə daha böyük motivasiya ilə yanaşmaq imkanı yaratdı.

GL Group olaraq inanırıq ki, ən dəyərli biliklər real təcrübə ilə qazanılır. Məhz buna görə də gənclərin öyrənməsi, araşdırması və inkişaf etməsi üçün imkanlar yaratmağa davam edirik. Çünki bugünün maraqlı və öyrənməyə həvəsli təcrübəçiləri sabahın peşəkarlarıdır.