Bəzən həqiqətən mənalı dəyişiklik ağac əkmək qədər sadə bir addımdan başlayır.
Ötən həftə rəhbər heyətimiz və əməkdaşlarımızın iştirakı ilə afilə şirkətimiz “Taghiyev Operating Company”-də (TOC) ağacəkmə təşəbbüsü həyata keçirdik. Bu təşəbbüsü xüsusi edən yalnız əkilən ağaclar deyil, onun arxasında dayanan ortaq məqsəd və birlik hissi, insanların bir araya gələrək fəaliyyət göstərməsi, bir-birini dəstəkləməsi və fəaliyyət göstərdiyimiz icmalar üçün daha yaşıl gələcəyə töhfə verməsi idi.
GL Group olaraq inanırıq ki, dayanıqlılıq yalnız uzunmüddətli strategiyalar və hədəflərlə məhdudlaşmır. Bizim üçün dayanıqlılıq, insanları bir araya gətirən, zamanla real və görünən təsir yaradan kiçik, lakin mənalı addımlarda da öz əksini tapır.
Təşəbbüsün həyata keçirilməsində iştirak edən və dəstək göstərən hər kəsə səmimi təşəkkürümüzü bildiririk. Edilən hər bir töhfə, nə qədər kiçik olsa da, daha dayanıqlı gələcəyin formalaşmasına dəstək olur.