• WTI

    94.13 USD
  • Brent

    102.2 USD
  • Urals

    110.58 USD
  • Azeri Light

    118.56 USD
GL Group Bakı Enerji Forumu 2026-da Gümüş Sponsor qismində iştirak edir

GL Group Bakı Enerji Forumu 2026-da Gümüş Sponsor qismində iştirak edir

Bakı Enerji Forumu 2026-da Gümüş Sponsor qismində iştirak edəcəyimizi qürurla bildiririk.

Regionun aparıcı enerji platformalarından biri kimi tanınan Forum enerji sektorunun gələcəyi, regional əməkdaşlıq, texnoloji inkişaf və sənayenin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə sənaye liderlərini, qərarverici şəxsləri, investorları və ekspertləri bir araya gətirir.

Beynəlxalq fəaliyyət coğrafiyasını genişləndirməyə davam edən Azərbaycanın ilk özəl enerji şirkətləri qrupu olaraq biz sənayedə mənalı dialoqu, əməkdaşlığı və uzunmüddətli tərəfdaşlıqları təşviq edən təşəbbüslərə xüsusi önəm veririk.

Forum çərçivəsində sənaye nümayəndələri ilə bi araya gəlməyi və faydalı fikir mübadilələrinin aparılmasını səbirsizliklə gözləyirik.