Şirkətlər qrupu rəhbərlik heyəti

team

Ramil Əsgərov Aktiv üzrə baş menecer

Təsvir

Ramil 2022-ci ilin yanvar ayında əməliyyatlar üzrə vitse-prezidentin tabeliyində “Salyan Oyl Limited” şirkətinin baş meneceri vəzifəsinə təyin olunub. Onun neft-qaz sahəsində 23 ildən çox geniş təcrübəsi var. Karyerası boyunca Ramil aşağıdakı vəzifələrdə çalışıb:

  • 6 il Neft Daşlarında hasilat işləri üzrə supervayzer. Bu vəzifədə Ramil hasilat üzrə komandaya, hasilat öhdəliklərinin yerinə yetirilməsinə və əməliyyatların təhlükəsiz və səmərəli həyata keçirilməsinə görə cavabdeh olub.

  • Son 18 ildə Azəri-Çıraq-Günəşli platformalarından birində hasilat işləri üzrə supervayzer, əməliyyatlar qrupunun rəhbəri və əməliyyat qurğuları üzrə menecer, BP-də əməliyyatların kateqoriyası üzrə menecer kimi çalışıb.

  • Həmçinin Ramil 2018-ci ildə BP-də yeni iş üsullarının və yeni təşkilati strukturun icrasına rəhbərlik edib.

Ramil 2019-cu ildə Azərbaycanda neft sənayesinin inkişafındakı xidmətlərinə görə SOCAR-ın prezidenti tərəfindən “Fəxri neftçi” döş nişanı ilə təltif olunub.

Ramilin Azərbaycan Dövlət Neft Akademiyasında dağ-mədən mühəndisliyi üzrə bakalavr dərəcəsi və diplomu var.

team

Nadir Əfəndiyev Aktiv üzrə baş menecer

Təsvir

Nadir Əfəndiyev 1 may 2023-cü il taixindən etibarən Əməliyyatlar üzrə vitse-prezidentinin tabeliyində “Taghiyev Operating Company” MMC-nin Baş meneceri vəzifəsinə təyin edilib.

O, neft-qaz sənayesində 20 illik təcrübəyə malik olan bir peşəkardır. O, 18 il BP Azərbaycan şirkətində çalışmış və Hasilat üzrə supervayzer, Dənizdə əməliyyatlar üzrə mühəndis, Əməliyyatlar üzrə qrup rəhbəri, Layihə əməliyyatları üzrə qrup rəhbəri və Əməliyyatlar üzrə quraşdırma meneceri kimi müxtəlif texniki və rəhbər vəzifələri tutmuşdur. Nadir, Birləşmiş Krallıqda beynəlxalq təcrübə qazanmış və Əməliyyatların hazırlıq prosesində iştirak etmişdir.

Nadir eyni zamanda layihə idarə olunması üzrə geniş təcrübəyə malikdir və BP-nin nəzdində dənizdə Şahdəniz Qaz Layihəsi və neft yataqlarında Qazlift kimi çoxsaylı önəmli layihələrdə iştirak etmişdir.

Son 4 il ərzində o, dəniz platformalarında Əməliyyat qurğuları üzrə menecer vəzifəsini yerinə yetirmişdir. Sonuncu vəzifəsində, o, BP-nin qurğuları arasında və Xəzər dənizində ən mürəkkəb platforma hesab
edilən Mərkəzi Azəri platformasında Əməliyyat qurğuları üzrə menecer
vəzifəsində çalışmışdır.

Nadir işçi heyətinin yerli kadrlarla əvəz olunması prosesini fəal şəkildə təşviq etmiş, kadr təminatı dərəcələrinin təşkil edilməsinə və Təşkilata mühüm dəyər qatmaqla nəticələnən işə qəbul və təlim proseslərini idarə etmişdi.
 
O, Dövlət Neft Akademiyasının Qazma və Kəşfiyyat fakültəsini bakalavr dərəcəsi ilə bitirmişdir.

team

Kənan Əli Yataqların işlənməsi üzrə direktor

Təsvir

Kənan 2021-ci ilin sentyabrında əməliyyatlar üzrə vitse-prezidentin tabeliyində yataqların işlənməsi üzrə menecer vəzifəsinə təyin olunub. Onun neft-qaz sənayesində 25 il təcrübəsi var və o, BP, “Eni”, “Degolyer & Macnaughton” və “Baker RDS” kimi enerji və məsləhət şirkətlərində yataqlar üzrə çoxprofilli komandalarda çalışıb. Kənanın sahib olduğu bilik və təcrübə dünyanın müxtəlif yerlərində mövcud olan karbohidrogen hövzələrini əhatə edir: Meksika körfəzi, Şimal dənizi, Şimali Afrika, Cənubi Xəzər hövzəsi, Qərbi Sibir və Dnepr-Donetsk. Kənan Bakı Dövlət Universitetinin Geologiya fakültəsində bakalavr və magistr dərəcəsini, Texasın A&M universitetində neft mühəndisliyi üzrə magistr dərəcəsini qazanıb.

O, Amerika Neft Geoloqları Assosiasiyasının sertifikatlı geoloqu, həmçinin Neft Mühəndisləri Cəmiyyətinin üzvüdür.

team

Deyvid Triolo Quyular və qazma işləri üzrə direktor

Təsvir

Deyvid Triolo 1 noyabr 2022-ci il tarixindən etibarən Əməliyyatlar üzrə vitse-prezidentin tabeliyində olan Quyular və Qazma işləri üzrə direktor vəzifəsinə təyin edilib.

Deyvid quyuların qazılması, tamamlanması və təmiri üzrə geniş beynəlxalq təcrübəyə malikdir. O, 33 il Amoco/BP şirkətində, əmək fəaliyyətinin qalan dövründə isə “Huskey Energy” şirkətində çalışıb. Şimali Amerika, Böyük Britaniya, BƏƏ, Misir, Qərbi Afrika, Küveyt, Azərbaycan və Çin də daxil olmaqla dünyanın müxtəlif ölkələrində böyük layihələrdə iştirak edən Deyvidin iş təcrübəsi quruda, dənizdə və dərinsulu ərazidə aparılan əməliyyatları əhatə edir. Deyvid 12 il BP-nin Azərbaycanda əməliyyatçısı olduğu AÇG və “Şahdəniz” yataqlarında fəaliyyət göstərib.

O, qazma qurğusunda qazma mühəndisi, quyu sahəsinin rəhbəri, BP-nin “Şahdəniz” quyularının rəhbəri və “Husky Energy” şirkətinin Asiya-Sakit okeanı regionunda Qazma və tamamlama direktoru vəzifələrində çalışıb.

Deyvid, Los-Anceles Kaliforniya Universitetindən (UCLA) kimya mühəndisliyi üzrə bakalavr dərəcəsinə malikdir.