Şirkətlər qrupu icraiyyə heyəti

team

Asif Zeynalov Baş icraçı direktor

Təsvir

Asif Zeynalov started working as the chief executive officer of GL in April 2019. With more than 30 years of experience in a variety of technical and management roles in the oil and gas industry, he is responsible for the overall success of GL as well as the strategic direction, planning, implementation and integration of the company. Asif started his career as a mechanic at the SOCAR Oil Refinery in 1984, and served in the border troops in 1985-1987. After graduating from high school, in 1992-1995, Asif continued his professional activity as a fire protection specialist at the SOCAR Oil Refinery. During his career at BP from 1995 to 2019, he was the head of a number of important projects:

• General Director of Production Organization in the Absheron Peninsula Shallow Water Field (AYDS), BP Azerbaijan, person responsible for the creation and management of a new production organization for AYDS.
• BP Azerbaijan's regional logistics and infrastructure director responsible for upstream logistics, infrastructure and $500 million operating budget in Azerbaijan, Georgia and Turkey. 
• Head of exploration and production operations at Rumayla field, BP, Basra, Iraq.
• Production Manager responsible for the transformation of oil and gas production in East Texas, BP, Texas.
• Responsible manager for high-pressure gas processing and oil production plants of Sangachal oil processing terminal, BP Azerbaijan.

In 2004, Asif was awarded the "Progress" medal by the President of the Republic of Azerbaijan for his services in the country's oil and gas sector. 

Asif's achievements in education:

• Bachelor's degree in transport engineering at Azerbaijan Technical University
• Bachelor's degree in mechanical engineering at Azerbaijan State Oil Academy
• Graduate of Massachusetts Institute of Technology's Operations Academy and Sloan School of Management (USA) 
• Graduate of Leadership Development Program in Great Britain in 2002

team

Emil Cəbrayılzadə Baş maliyyə direktoru

Təsvir

Emil 2020-ci ilin may ayında baş icraçı direktora hesabat verən baş maliyyə direktoru vəzifəsinə təyin edilmişdir. Emilin müxtəlif sahələrdə (telekommunikasiya, neft-qaz, tikinti, pərakəndə satış, daşınmaz əmlak, otel biznesi, səyahət, kənd təsərrüfatı) 10 ildən çox audit və maliyyə təcrübəsi var. Onun yeni yaradılmış və genişlənməkdə olan şirkətlərdə daxili əməliyyat, maliyyə nəzarəti və proseslərin təşkil edilməsi sahəsində böyük təcrübəsi var.

  • Layihə rəhbəri və maliyyə nəzarətçisi, “Aqropark FoodCity”, Bakı, Azərbaycan.

  • Maliyyə nəzarətçisi, “Paşa İnşaat”, Bakı, Azərbaycan.

  • Maliyyə meneceri, “Paşa İnşaat”, Bakı, Azərbaycan.

  • Daxili audit şöbəsinin rəisi, “Paşa İnşaat”, Bakı, Azərbaycan.

  • Maliyyə meneceri, “Saffron Hospitality Group”, Bakı, Azərbaycan.

  • Gəlirlərin sığortalanması üzrə menecer, Azərfon, Bakı, Azərbaycan.

  • Baş auditor, EY (Telekommunikasiya və neft-qaz üzrə komanda), Bakı, Azərbaycan.

Emil İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) tamhüquqlu üzvüdür.

team

ELMAN SEYİDOV Əməliyyatlar üzrə vitse-prezident

Təsvir

Elman Seyidov 2020-ci ilin dekabr ayında GL şirkətinin baş icraçı direktora hesabat verən əməliyyatlar üzrə vitse-prezidenti vəzifəsinə təyin edilmişdir. Elmanın neft-qaz və aviasiya sahəsində 30 ildən çox təcrübəsi var və o, bir sıra rəhbər vəzifələrdə çalışmışdır. 

Elmanın təhlükəsiz, etibarlı və gəlirli əməliyyatların idarə edilməsi sahəsində zəngin təcrübəsi var. Həmçinin o, çətin və mürəkkəb şəraitdə istehsalat əməliyyatlarına strateji və taktiki rəhbərlik sahəsində geniş təcrübəyə malikdir. Elman ixtisaslı mühəndis-mexanik olaraq sənayenin müxtəlif texniki sahələrində 30 ildən çox çalışmışdır. Son 18 il ərzində Elman BP Azərbaycanda bir sıra texniki və rəhbər vəzifələr tutmuş, o cümlədən, Şahdəniz yatağında əməliyyatlar üzrə menecer, Azəri yatağında əməliyyatlar üzrə menecer, Hasilat üzrə regional menecer vəzifələrini tutmuşdur. GL-dən öncəki ən son vəzifəsi sualtı əməliyyatlar üzrə regional menecer olmuşdur. Bu geniş təcrübə ilə yanaşı, Elman həm də BP Şimal dənizində işləmişdir.

Elman aşağıdakı vəzifələrdə çalışmışdır:

  • BP Azəri-Çıraq-Günəşli sualtı əməliyyatları üzrə menecer. Öhdəlikləri: sualtı sistemlər kompleksinin və avadanlıqların, bütün sualtı quyuların/boru xətlərinin və səth əməliyyatlarının idarə edilməsi.

  • BP Azərbaycan-Gürcüstan-Türkiyənin Şahdəniz və Azəri yataqlarında əməliyyatlar üzrə regional menecer. İrimiqyaslı əməliyyatların təşkil olunmasına və bir sıra neft-qaz dəniz platformalarına və əlaqəli müxtəlif dəstək funksiyalarına təhlükəsiz və etibarlı şəkildə rəhbərlik etmişdir.

  • BP Azəri-Çıraq-Günəşlinin Hasilat üzrə meneceri. Hasilatın texniki proqnozuna rəhbərlik və vaxtında çatdırılmanı təmin edəcək planlama, tərəfdaşlar və nazirlik arasında əsas vasitəçi rolu.

  • BP-nin Xəzər dənizində dəniz qurğuları üzrə meneceri. Öhdəliklər: hasilatın təhlükəsizliyini və etibarlılığını təmin etmək, dəniz logistika və qazma əməliyyatlarına və əlaqədar risklərə və onların aradan qaldırılmasına rəhbərlik.

Elman neft-qaz yataqlarının təchizatı üzrə mexaniki mühəndislik ixtisası üzrə təhsil almışdır.

team

Fəridə Ağayeva İnsan resursları, təlim və inkişaf üzrə vitse-prezident

Təsvir

Fəridə Ağayeva 2021-ci ilin noyabr ayında GL şirkətinin icraçı direktora hesabat verən insan resursları, təlim və inkişaf üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub. Fəridə kadrlarla iş sahəsində yerli və beynəlxalq tikinti şirkətlərində, eləcə də dənizdə mühəndislik, təchizat, tikinti və quraşdırma üzrə ixtisaslaşmış neft-qaz şirkətlərində 15 ildən yuxarı çoxşaxəli təcrübəyə malikdir, bu müddət ərzində bir sıra rəhbər vəzifələr tutmuşdur. Fəridə irimiqyaslı və mürəkkəb şirkət əməliyyatları üçün kadrlarla iş və təlim funksiyalarının yaradılması və idarə edilməsində çox təcrübəlidir.

Fəridə aşağıdakı vəzifələrdə çalışmışdır:

  • Baku Steel Company şirkətində baş direktorun kadrlar üzrə müavini, 1500-dən çox işçi üzrə kadrlarla bağlı bütün funksiyalara rəhbərlik və təşkilati hədəflərə və inkişafa dəstək məqsədilə kadrlarla iş strategiyasının işlənib hazırlanması.

  • Baku Steel Company şirkətində kadrlar üzrə menecer, kadrlarla bağlı bütün funksiyalara, işçilərin təlim və inkişafına rəhbərlik, eləcə də effektivliyi və tələblərə uyğunluğu təmin edən proses və prosedurların qurulması və optimizasiyası.

  • McDermott Caspian Contractors, Inc. şirkətində kadrlar üzrə baş administrator, regionda çoxsaylı layihələrə dəstək olan əcnəbi işçi heyəti üzrə kadrlarla iş fəaliyyətinə rəhbərlik.

Fəridə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA və bakalavr dərəcələrini bitirib. Həmçinin o Qərbi Texas A&M Universitetində maliyyə təhsili alıb.

team

Pərviz Təhməzov Hüquq məsələləri üzrə direktor

Təsvir

Pərviz Təhməzov 1 iyun 2022-ci il tarixindən etibarən GL şirkətinin baş direktorunun tabeliyində hüquq məsələləri üzrə direktor vəzifəsində çalışır. 

Pərviz Təhməzov daha əvvəl BP şirkətində Azərbaycan-Gürcüstan-Türkiyə (AGTR) regionu üzrə Hüquq şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 10 ildən çox müddətdə şirkətin müxtəlif aktivlər, funksiyalar və sahələr üzrə hüquq məsələlərinə rəhbərlik edib. Son fəaliyyət dövründə isə o, AGTR üzrə qanunvericiliyə uyğunluq risklərini monitorinq edən komandaya rəhbərlik edib və fəaliyyət prosesinin idarə edilməsinə dəstək göstərib. Həmçinin, BP-nın AGTR regionu üzrə Etika və uyğunluq komandası çərçivəsində məsləhət/kommunikasiya fəaliyyətlərinə öz töhfəsini verib.  O, beş il “Grata” beynəlxalq hüquq şirkətində baş hüquqşünas kimi çalışıb və əsasən kommersiya/korporativ/neft-qaz istiqamətlərinə rəhbərlik edib. Bundan əvvəl isə Amerika Vəkillər Assosiasiyasının Azərbaycandakı ofisində ştatlı vəkil olaraq fəaliyyət göstərib, həmçinin Dünya Bankının maliyyələşdirdiyi bir sıra layihələrdə yerli hüquq eksperti kimi çıxış edib.

Pərviz Təhməzov Xəzər Universitetində Beynəlxalq əlaqələr və hüquq üzrə bakalavr təhsili alıb.

Hazırda o, Azərbaycan Milli Antidopinq Agentlyinin İntizam Komitəsinin sədr müavini kimi xidmət göstərir.

team

Nəzər Bayramov Satınalma və Təchizat üzrə Baş Direktor

Təsvir

Nəzər Bayramov 17 aprel 2023-cü il tarixindən etibarən GL LTD şirkətinin Baş icraçı direktorunun tabeliyində Satınalma və təchizat üzrə Baş direktor vəzifəsinə təyin edilib.
 
Nəzər bir sıra kateqoriyalar və əməliyyat funksiyaları üzrə neft və qaz sənayesində satınalmalar üzrə iyirmi ilə yaxın geniş təcrübəsi olan yüksək ixtisaslı bir peşəkardır. O, mürəkkəbliyi və risk dəyəri yüksək olan sahələrdə çoxmilyonlu xərcləri idarə edərək, “BP Azərbaycan” şirkətində satınalma üzrə müxtəlif dərəcəli rəhbər vəzifələri icra etmişdir. BP-də çalışdığı müddət ərzində Nəzər quyular və logistika üzrə müqavilələrin bağlanması, qaynaq və təchizatçı fəaliyyətinin idarə olunması üzrə zəngin təcrübə qazanmışdır. 
 
GL şirkətinə qoşulmazdan öncə tutduğu son vəzifədə o, kəşfiyyat və hasilat (apstrim), emal və satış (daunstrim) boyu “BP Global” şirkətinin yanacaq strategiyalarının işlənib hazırlanmasına və icrasına görə cavabdehlik daşıyan eləcə də, təchizatçı ilə əməkdaşlıq münasibətləri prinsipləri əsasında onun qlobal strateji fəaliyyətlərini idarə edən Logistika satınalmaları üzrə baş menecer vəzifəsini icra etmişdir.
 
Nəzər İqtisad Universitetinin Menecment üzrə bakalavr dərəcəsini bitirib və İstanbulun Mərmərə Universitetində Biznes Administrasiyası üzrə magistr dərəcəsi üzrə təhsil almışdır. O, həmçinin, Satınalma və Təchizat İnstitutunun (CIPS) sertifikatına malikdir.
 
2019-cu ildə Nəzər, Azərbaycanda neft-qaz sənayəsinin inkişafına verdiyi töhfələrinə görə SOCAR tərəfindən “Fəxri Fərman” ilə təltif edilib.

team

Emin Qurbanbəyov Təhlükəsizlik üzrə vitse-prezident

Təsvir

Emin Qurbanbəyov təhlükəsizlik üzrə vitse-prezident vəzifəsini icra edir və bilavasitə GL şirkətinin baş icraçı direktoruna məruzə edir. Emin GL-ə 2021-ci il dekabrın 21-də qoşulub.

Eminin təhlükəsizlik sahəsində 20 ildən çox təcrübəsi var. O, ehtiyatda olan polkovnikdir. Xidmət etdiyi müddətdə Emin Azərbaycan Respublikasının “Vətən uğrunda” medalı, digər orden və mükafatlarla təltif olunub. O, risk təhlili, təhlükəsizlik siyasətinin işlənib hazırlanması, planlanması və təhlükəsizliyin idarə edilməsi üçün müxtəlif prosedurların icrasının təşkilində geniş təcrübəyə malikdir. Emin Bakı Dövlət Universitetinin şərqşünaslıq və hüquqşünaslıq fakültələrini bitirib, ABŞ-da Hərbi-dəniz Qüvvələri Məktəbində təhlükəsizlik üzrə magistr səviyyəsində təhsil alıb. Həmçinin o, beynəlxalq təhlükəsizlik və terrorla mübarizə sahəsində müxtəlif proqram və təlimlərdə iştirak edib.

team

İlqar İbrahimli Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezident

Təsvir

İlqar İbrahimli xarici əlaqələr və kommunikasiyalar üzrə vitse-prezident vəzifəsini icra edir və birbaşa GL-in baş icraçı direktoruna məruzə edir. İlqar GL-ə 2023-cü il iyunun 1-də qoşulub.

İlqar İbrahimli dövlət orqanları, beynəlxalq təşkilatlar və biznesdə 20 ildən çox təcrübəsi olan, hökumətlə əlaqələrin və strateji münasibətlərin qurulması üzrə böyük nailiyyətlər qazanmış peşəkardır.

GL şirkətindən əvvəl o, uzun müddət ATƏT-in Mərkəzi Asiyada ən böyük missiyası olan ATƏT-in Düşənbədəki Proqram Ofisində Baş müşavir vəzifəsində çalışıb. İlqar siyasi-hərbi, iqtisadi-ekoloji və humanitar təhlükəsizlik üzrə proqramların tətbiqi vasitəsilə Ofisin siyasi mandatının icrası üçün strateji liderliyin təmin olunması və məsləhətlərin verilməsi prosesinə rəhbərlik edib. O, “Azərfon” MMC-də Marketinq və kommunikasiya üzrə direktor və eləcə də Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin direktoru vəzifəsində çalışmışdır.

İlqar, Bakı Dövlət Universitetində tarix üzrə bakalavr, Avropa və Amerikanın yeni və ən yeni tarixi üzrə magistr təhsili alıb.

O, peşə fəaliyyətinə Azərbaycanın Milli Televiziya və Radio Şurasında Beynəlxalq əlaqələr departamentinin rəhbəri qismində başlayıb. 

İlqar, sərhəd qoşunlarının potensialının gücləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə 2023-cü ilin may ayında Tacikistanın Sərhəd Qoşunlarının Komandanı tərəfindən medalla təltif olunub.