• WTI

    63,26 USD
  • Brent

    67,24 USD
  • Urals

    63,31 USD
  • Azeri Light

    75,43 USD
Yeni əməkdaşımız- Murad Quliyev

Yeni əməkdaşımız- Murad Quliyev

Məmnuniyyətlə bildiririk ki, Murad Quliyev 15 oktyabr 2025-ci il tarixindən etibarən GL Group-un Qazma və Quyular üzrə Qrup Direktoru vəzifəsinə təyin edilir. O, bu vəzifədə GL Group-un Texniki Funksiyalar və Beynəlxalq Əməliyyatlar üzrə Baş Vitse-Prezidenti Gilbert Byulerə məruzə edəcək.

Murad Azərbaycanda, ABŞ-da, Böyük Britaniyada və Yaxın Şərqdə 22 ildən çox beynəlxalq təcrübəyə malik qazma və quyu əməliyyatları üzrə mütəxəssisdir. O, BP, ENI və Saudi Aramco kimi dünyanın nüfuzlu enerji şirkətlərində texniki və əməliyyat vəzifələrində çalışıb. Onun təcrübəsi ACG, Şah Dəniz, Thunder Horse, Atlantis, Ghawar və Shaybah kimi layihələri əhatə edir.

Muradın ixtisası quyuların konsepsiyadan mühəndislik və icrasına qədər tam həyat dövrünü, onların performansı və optimizasiyasını əhatə edir. O, təhlükəsizlik, səmərəlilik və əməliyyat mükəmməlliyi prinsiplərinə böyük diqqət yetirir və Qazma & Quyular funksiyasını növbəti inkişaf mərhələsinə aparacaq gücdədir.

Bu təyinat, qeyd olunan vəzifənin milliləşdirilməsi istiqamətində atdığımız mühüm addım çərçivəsindədir. Murad bu vəzifəni son illər ərzində GL Group-un qazma və quyularının inkişafı planlarını dəstəkləmək sahəsində böyük işlər görmüş Deyvid Triolodan təhvil alır.

Məmnuniyyətlə bildiririk ki, Deyvid Triolo GL Group-da fəaliyyətini qrupun xaricdəki qazma və quyular proqramlarını dəstəkləmək istiqamətində davam etdirəcək. O, həmçinin Qazma & Quyular funksiyasının daha da gücləndirilməsi və dünya səviyyəli mükəmməl təşkilata çevirilməsi istiqamətində Muarad Quliyevə yaxından kömək edəcək.