• WTI

    63,26 USD
  • Brent

    67,24 USD
  • Urals

    63,31 USD
  • Azeri Light

    75,43 USD
GL Group-un İnsan Resursları üzrə Baş Direktoru Fəridə Ağayeva INMerge Innovation Summit 2025 tədbirində spiker qismində çıxış edib

GL Group-un İnsan Resursları üzrə Baş Direktoru Fəridə Ağayeva INMerge Innovation Summit 2025 tədbirində spiker qismində çıxış edib

GL Group-un İnsan Resursları üzrə Baş Direktoru Fəridə Ağayeva INMerge Innovation Summit 2025 tədbirində spiker qismində çıxış edib.

INMerge Innovation Summit regionun ən nüfuzlu tədbirlərindən biri kimi innovasiyanın bizneslər, cəmiyyətlər və dövlətlər üçün strateji əhəmiyyətini vurğulayan unikal platformadır.

Fəridə xanım çıxışında vurğulayıb ki, innovasiya yalnız texnologiya deyil, həm də düzgün biznes modelləri, səmərəli əməkdaşlıq və ən əsası – insan kapitalıdır.

O, iştirakçılarla GL Group-un son illərdə əldə etdiyi nailiyyətləri bölüşərək hasilatın uzun müddət davam edən təbii azalma tempinin dayandırılması, ötən il altı yeni quyunun qazma işlərinin uğurla tamamlanması, Azərbaycanda quruda ilk horizontal quyunun qazma işlərinin planlaşdırılması və tədqiqat və inkişaf sahəsində beynəlxalq tərəfdaşlıqların qurulması barəsində məlumat verib.

Həmçinin, Fəridə xanım insan resurslarında innovasiyanın, psixoloji təhlükəsizlik mühitinin yaradılmasının və davamlı öyrənmə mədəniyyətinin şirkətlərin inkişafındakı həlledici rolunu vurğulayıb.