WTI
58.45 USDBrent
62.18 USDUrals
52.90 USDAzeri Light
65.32 USD"Taghiyev Operating Company"-nin Baş Meneceri
Nahid Nuriyev GL Group-un afilə şirkəti olan Taghiyev Operating Company-nin (TOC) Baş Meneceri vəzifəsində fəaliyyət göstərir. Nahid Nuriyev GL Group-a 2022-ci il iyunun 2-də qoşulub.
Nahid Nuriyev istehsalat əməliyyatları üzrə geniş təcrübəyə və güclü liderlik bacarıqlarına malik, neft-qaz sənayesində 18 illik peşəkar fəaliyyət yolu olan əməliyyat rəhbəridir.
GL Group-a qoşulmazdan əvvəl o, SOCAR-ın “Azneft” İstehsalat Birliyində mühüm əməliyyat və nəzarət vəzifələrində çalışmışdır. Onun təcrübəsinə Neft-Qaz İstismarı üzrə Operator, Mədən Geoloqu, Mədən Ustası, MMTX-in Mühəndis-Texnoloqu, eləcə də 28 May Neft və Qaz Çıxarma İdarəsinin 3 saylı və 14 saylı Dərin Dəniz Özüllərinin Rəisi vəzifələri daxildir.
Nahid Nuriyev Azərbaycan Dövlət Neft Akademiyasında Neft-qaz Geologiyası və Neft-Qaz mühəndisi üzrə bakalavr, Ukraynanın İvano-Frankivsk Milli Neft və Qaz Texniki Universitetində Neft və Təbii Qaz Mühəndisliyi, neft və qaz yataqlarının işlənməsi üzrə magistr dərəcəsi almışdır.
O, karyerasına SOCAR-ın “Azneft” İstehsalat Birliyində Neft-Qaz İstismarı üzrə Operator olaraq başlamışdır.
O, neft və qaz sənayesinin xidmətlərinə görə SOCAR-ın fəxri fərmanı ilə təltif olunmuşdur.