• WTI

    63,26 USD
  • Brent

    67,24 USD
  • Urals

    63,31 USD
  • Azeri Light

    75,43 USD

Fərid Bağırov

Qrupun Kommersiya üzrə direktoru

Farid 25 avqust 2025-ci ildə GL Group MMC-nin Qrup Kommersiya Direktoru təyin olunub və eyni zamanda Qrupun Birleşmə və Əldə etmələr (M&A) komandasının üzvü kimi fəaliyyət göstərir.

O, Böyük Britaniya, BƏƏ və Oman daxil olmaqla beynəlxalq neft və qaz sənayesində 17 ildən çox təcrübəyə malikdir. Karyerası ərzində multi-milyard dollarlıq portfellər üçün regional strategiyalar hazırlamış, yeni ölkələrdə fəaliyyətə girişlər də daxil olmaqla mühüm biznes inkişafı layihələrini uğurla həyata keçirmiş və yüksək təsirli kommersiya danışıqlarına rəhbərlik etmişdir.

Farid karyerasına bp-də başlamış, burada Şah Dəniz 2 layihəsi üzrə Kommersiya Məsləhətçisi vəzifəsində çalışaraq, Şah Dəniz 2 son investisiya qərarının təsdiqlənməsinə əhəmiyyətli töhfələr vermişdir. O, həmçinin kommersiya fəaliyyətlərinə rəhbərlik etmiş və Azərbaycanda yeni kəşfiyyat lahiyəsinin Hasilatın Pay Bölgüsü danışıqlarını dəstəkləmişdir. Daha sonra o, bp şirkətinin London ofisində Birləşmələr və satınalma (M&A) komandasında menecer vəzifəsində çalışaraq geniş əməliyyat və portfel təcrübəsi qazanmışdır. Bundan sonra o, bp Oman şirkətində Biznes inkişafı üzrə məsləhətçi kimi çalışmış və orada əhəmiyyətli bir yaşıl hidrogen layihəsinin təmin edilməsində əsas rol oynamışdır.

Farid Azərbaycan Dövlət İqtisad Universitetindən Beynəlxalq İqtisadi Əlaqələr ixtisası üzrə həm bakalavr, həm də magistr dərəcələri üçün Fərqlənmə diplomlarına sahibdir.