• WTI

    74,55 USD
  • Brent

    77,75 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    84,16 USD
Haqqımızda

GL-in İnkişaf Yolu

2019-cu ilin aprel ayının 15-də təsis olunmuş GL şirkəti, Azərbaycanın ilk özəl enerji şirkəti oldu. GL şirkəti daha sonra əhəmiyyətli dərəcədə böyüyərək, 1 may 2024-cü ildə Azərbaycanın ilk özəl enerji şirkətləri qrupu olaraq GL Group-a çevrildi.

GL Group-un rəhbərlik komandası neft-qaz sahəsində geniş beynəlxalq təcrübəyə malik olan mütəxəssislərdən ibarətdir. GL Group strateji aktivlərin əldə edilməsi və sərmayələr vasitəsilə mükəmməlliyi təmin etməyi və mühüm dəyər yaratmağı öhdəlik olaraq üzərinə götürüb.

GL Group Azərbaycanda beş mühüm yataqda — Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala”, “Zirə” yataqlarında neft-qaz əməliyyatları həyata keçirir.

2021-ci ildə GL, Çin Milli Neft Korporasiyasının Salyan Oil Limited şirkətindəki payını satın aldı. 2022-ci ildə GL daha da böyüyərək, SOCAR-dan üç neft-qaz yatağı əldə edərək Taghiyev Operating Company-ni  təsis etdi. 2022-ci ilin sonlarında GL, ilk növbədə peşəkar neft yataqları xidmətləri, o cümlədən quyuların karotaj tədqiqatı və texniki xidməti, eləcə də quyuların təmiri qurğusunun istismarı xidmətləri sahəsində ixtisaslaşmış GLTS adı ilə tanınan "GL Technical Services" şirkətini təsis etdi. GLTS həmçinin enerji sənayesindəki digər xidmətləri də daxil etmək üçün biznes axınının şaxələndirilməsinə diqqət yetirir.

GL şirkəti 2024-cü ilin birinci yarısında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarında altı yeni quyunun qazılmasını minimum icbari iş proqramı çərçivəsində insidentsiz, ətraf mühitə sıfır zərərlə və ən qısa müddətdə uğurla başa çatdırıb. Həmçinin, 2023-cü ildə GL-in törəmə şirkəti olan Taghiyev Operating Company-nin istismar etdiyi, yuxarıda qeyd olunan yataqlarda neft hasilatının 15%-dən çox olan azalma tempini dayandırmağa nail oldu və həmin ilin əvvəli ilə müqayisədə gündəlik hasilatı 10%-dən çox artırdı.

Bundan əlavə, GL özünün afilə şirkəti olan Salyan Oil Limited vasitəsilə “Kürsəngi” və “Qarabağlı” neft yataqlarında on doqquz il davam edən hasilat azalmasını dayandırdı və hasilat həcmini artırmağa başladı. Bütün bunlara böyük kapital qoyuluşu olmadan əməliyyat səmərəliliyi proqramları vasitəsilə nail olundu.

2025-ci ildə GL Group Azərbaycan tarixində ilk dəfə olaraq quruda yerləşən dərin neft laylarına çatmaq üçün 4400 metr dərinlikdə planlaşdırılmış yanal uzunluğu təxminən 400 metr olan horizontal neft quyusunun qazılması proqramına start verib.

Qeyd olunan horizontal quyunun qazılması Salyan rayonundakı “Kürsəngi” və “Qarabağlı” yataqlarında qazma işlərində yaranmış 14 illik fasiləyə son qoyaraq həmin yataqlarda üç yeni mürəkkəb dərin quyunun qazılmasını nəzərdə tutan daha iri miqyaslı qazma proqramı çərçivəsində yerinə yetirilir.

GL Group mövcud səmərəli aktivlərin əldə edilməsi və onların hasilatının optimallaşdırılması istiqamətində sərmayələr qoyur. Beləliklə, 2024-cü ilin oktyabr ayında GL Group Türkiyədəki təbii qaz biznesinə daxil olaraq ilk beynəlxalq strateji addımını atdı. GL Group-un regional orta ölçülü enerji şirkəti olmaq strategiyasına əsaslanan bu addım onu beynəlxalq enerji oyunçusuna çevirdi.

Elə həmin ildə GL Group Türkiyənin şimal-qərbində Trakya hövzəsində (Thrace Basin) yerləşən F17-b4 blokunun 100% mülkiyyətçisi olan və lisenziyasının operatoru olan Kanada şirkəti Gazelle Energy Limited şirkətində 25% səhm payını satın aldı.

GL Group beynəlxalq standartları və texnologiyaları qəbul etməklə hasilatda və əməyin və ətraf mühitin mühafizəsində mükəmməlliyə nail olmağı öhdəlik olaraq üzərinə götürüb. Təməlində beynəlxalq standartlara və qabaqcıl texnologiyaya sadiqliyi qoruyan GL Group, nəinki gözləntilərə cavab verən, həm də onları üstələyən hasilat mükəmməlliyinə nail olmağa çalışır. GL Group-un əməliyyatları hər addımda səmərəliliyi və innovasiyanı təmin edən Əməliyyat İdarəetmə Sistemi (OMS) vasitəsilə idarə olunur.

 

Strateji Yanaşma

Dəyərlərimiz

Dürüstlük

Biz yüksək etik standartlara riayət edirik. Düzgün olanı edir və vədlərimizi yerinə yetiririk. Fəaliyyətimizi tam şəffaflıqla həyata keçirir, uzunmüddətli əlaqələr və etibarlı tərəfdaşlıqlar qurmağa çalışırıq. Biz əməkdaşlarımıza, tərəfdaşlarımıza və müştərilərimizə ədalətlə, vicdanla və hörmətlə yanaşırıq.