• WTI

    71.17 USD
  • Brent

    74.90 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    82.99 USD

Məşvərət Şurası

Asif Zeynalov 2024-cü ilin aprel ayında Məşvərət Şurasının sədri təyin edilib.

Cənab Zeynalov 2019-cu ilin aprel ayından etibarən GL Group-un Baş İcraçı Direktoru vəzifəsində çalışır. 

Neft və qaz sənayesində müxtəlif texniki və rəhbər vəzifələrdə 30 ildən çox təcrübəyə malik  Asif GL-in ümumi uğuruna, şirkətin strategiyasının yaradılmasına, planlaşdırılmasına, həyata keçirilməsinə və inteqrasiyasına cavabdehdir. 

Asif əmək fəaliyyətinə 1984-cü ildə Neft Emalı Zavodunda mexanik kimi başlayıb, 1985-1987-ci illərdə Sərhəd Xidmətində hərbi xidmətdə olub. O, universiteti bitirdikdən sonra karyerasını 1992-1995-ci ilərdə Neft Emalı Zavodunda yanğından mühafizə zabiti kimi davam etdirib. Asif 1995-ci ildən karyerasını bp-də davam etdirərək 2019-cu ilə qədər bir sıra mühüm vəzifələrdə çalışıb:

•    Baş Menecer, Dayaz Sulu Abşeron Yarımadası (DSAY) Hasilatın Pay Bölgüsü Sazişi, Bakı, Azərbaycan. Kəşfiyyatdan hasilata qədər bütün mərhələləri səmərəli şəkildə icra etmək üçün beynəlxalq və ən yaxşı təcrübələrdən istifadə edərək DSAY üzrə yeni az xərcli Əməliyyat Təşkilatının yaradılması və idarə olunmasına cavabdeh;
•    Logistika və İnfrastruktur üzrə Regional Direktor. Bakı, Azərbaycan. Azərbaycan, Gürcüstan və Türkiyə Regionunu dəstəkləmək üçün bütün hasilatın logistikası və infrastruktur əməliyyatlarını dəstəkləmək üçün regional logistik strategiyanın və imkanların müəyyənləşdirilməsinə və tətbiqinə cavabdeh. 700 milyon dollarlıq büdcə, 100 bp işçisindən ibarət komanda və 6000-dən çox podratçı üçün tam məsul; 
•    İraqın Bəsrə şəhərindəki Rumaila neft yatağında əməliyyatların rəhbəri. bp-nin yeni əldə etdiyi Texniki Xidmətlər Müqaviləsini dəstəkləmək üçün Rumaila neft yatağındakı bütün hasilat əməliyyatlarına cavabdeh. 10,5 milyard bareldən çox neft hasil edən dünyada ikinci ən böyük neft və qaz hasilatı sahəsi üçün bütövlükdə gəlir və zərərlər üzrə idarəetmə rəhbərliyinə məsul. 3100 işçinin və 2000-dən çox podratçının işlərini idarə etmək üçün 100 əcnəbini işə götürərək səfərbər edib. 420 milyon dollarlıq əməliyyat büdcəsini idarə edib, Qəza Komandiri vəzifəsində çalışıb;
•    Şərqi Texasda (ABŞ) Əməliyyatlar Meneceri. Şərqi Texasda 1100 hasilat quyusu, 40-dan çox yataq kompressor stansiyası, quyu ağzında sıxılma qurğuları və beş dairədə 1200 mil uzunluğunda boru kəmərləri və qaz toplama sistemlərindən ibarət neft və qaz əməliyyatlarına cavabdeh;
•    Səngəçal Neft və Qaz Emalı Terminalının Meneceri, Azərbaycan. 750 nəfərdən çox heyətdən, 57 milyon ABŞ dolları əməliyyat büdcəsindən, yeddi neft emalı qatarından, 500 milyon standart kub fut yüksək təzyiqli qaz qurğusundan ibarət dünyanın ən böyük sənaye komplekslərindən birinə cavabdeh. Gündəlik hasilatı145.000 milyon bareldən 850.000 milyon barelə qədər artıran yeni neft və qaz emalı terminalının inteqrasiyasına və istismara verilməsinə rəhbərlik edib. 

Asif Azərbaycan Texniki Universitetində Nəqliyyat Mühəndisliyi ixtisası və Azərbaycan Dövlət Neft Akademiyasında Maşınqayırma mühəndisliyi ixtisası üzrə bakalavr təhsili allb. Massaçusets Texnologiya İnstitutunun (MIT, ABŞ) Əməliyyatlar Akademiyası Sloan İdarəetmə Məktəbinin məzunudur. O, 2002-ci ildə Böyük Britaniyada Liderlik İnkişaf Proqramını bitirib. 

Böyük fövqəladə halların neft və qaz menecmentində ixtisaslaşmış Asif dənizdə və quruda bir sıra irimiqyaslı fövqəladə halları idarə edib.  

O, 2004-cü ildə ölkənin neft-qaz sektorunda xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Asif Zeynalov 2024-cü ilin aprel ayında Məşvərət Şurasının sədri təyin edilib.

Cənab Zeynalov 2019-cu ilin aprel ayından etibarən GL Group-un Baş İcraçı Direktoru vəzifəsində çalışır. 

Neft və qaz sənayesində müxtəlif texniki və rəhbər vəzifələrdə 30 ildən çox tə...

Asif Zeynalov

Sədr

Emil Cəbrayılzadə 2024-cü ilin aprel ayında Məşvərət Şurasının üzvü təyin edilib.

Cənab Cəbrayılzadə 2020-ci ilin may ayından etibarən GL Group-un Baş Maliyyə Direktoru vəzifəsində çalışır. Yeni və genişlənən bizneslərdə daxili əməliyyat və maliyyə nəzarətinin, eləcə də proseslərin qurulmasında ixtisaslaşan Emil müxtəlif sahələrin (telekommunikasiya, neft və qaz, tikinti, pərakəndə satış, daşınmaz əmlak, yerləşdirmə və iaşə, səyahət və kənd təsərrüfatı) auditi və maliyyəsi üzrə 10 illik zəngin təcrübəyə malikdir.

Emil aşağıdakı vəzifələrdə çalışıb:

  • Layihə Meneceri və Maliyyə Nəzarətçisi, FoodCity Agropark, Bakı, Azərbaycan;
  • Maliyyə nəzarətçisi, Paşa İnşaat Şirkətlər Qrupu, Bakı, Azərbaycan; 
  • Maliyyə Meneceri, Paşa İnşaat Şirkətlər Qrupu, Bakı, Azərbaycan; 
  • Maliyyə Meneceri, Saffron Hospitality Group, Bakı, Azərbaycan;
  • Paşa İnşaat Şirkətlər Qrupunun Daxili Audit Departamentinin rəhbəri, Bakı, Azərbaycan;
  • Gəlirlərin Təminatı Meneceri, Azerfon, Bakı, Azərbaycan;
  • Baş Auditor, E&Y (Telecom & Oil & Gas Team), Bakı, Azərbaycan.

Emil Diplomlu Sertifikasiyalı Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants) FCCA diplomunu alıb.

Emil Cəbrayılzadə 2024-cü ilin aprel ayında Məşvərət Şurasının üzvü təyin edilib.

Cənab Cəbrayılzadə 2020-ci ilin may ayından etibarən GL Group-un Baş Maliyyə Direktoru vəzifəsində çalışır. Yeni və genişlənən bizneslərdə daxili əməliyyat və maliyyə nəzarətinin, eləcə də ...

Emil Cəbrayılzadə

Üzv

Gilbert Buehler 2024-cü ilin aprel ayında Məşvərət Şurasının üzvü təyin edilib.

Cənab Buehler 2023-cü ilin fevral ayından etibarən GL Group-un Baş İcraçı Direktorunun Baş texniki məsləhətçisi vəzifəsində çalışır.

O, yataqların işlənməsi, layların idarə olunması sahəsində 35 ildən artıq təcrübəyə malikdir.

Gilbert dünya səviyyəli rezervuarlarda hasilatın idarə edilməsi ilə sürətli reaksiya və nəticə əldəetmə bacarıqlarını birləşdirərək köhnə yataqların yenidən işlənməsi və istehsalın optimallaşdırılması sahəsində beynəlxalq təcrübə qazanıb.

GL şirkətindən əvvəl o, bp və “Exxon” şirkətlərində bir çox vəzifələrdə çalışıb. Gilbert bp Rusiyada vitse-prezident, Sibirdə bp və “Rosneft”in yenidən işlənilmə layihəsinin rəhbəri olub. Eləcə də, “İraq-Kürdüstan” layihəsi üzrə Baş direktor və “Middle East Oil” şirkətində Layların işlənməsi üzrə vitse-prezident və İraqın Bəsrə vilayətində Rumaila yatağı üzrə Layihə rəhbəri kimi çalışıb. O, Rusiyada TNK-bp üçün İşlənmiş yataqlar üzrə direktor, ABŞ-də Pryuds körfəzi yatağları üzrə Layların işlənilməsi üzrə direktor kimi fəaliyyət göstərib.

Gilbert ABŞ, Kanzas Universitetinin Neft Mühəndisliyi üzrə bakalavr təhsili alıb.

Gilbert Buehler 2024-cü ilin aprel ayında Məşvərət Şurasının üzvü təyin edilib.

Cənab Buehler 2023-cü ilin fevral ayından etibarən GL Group-un Baş İcraçı Direktorunun Baş texniki məsləhətçisi vəzifəsində çalışır.

O, yataqların işlənməsi, layların idarə olunması s...

Gilbert Beuhler

Üzv

İsmayıl Dadaşov 2024-cü ilin aprel ayında Məşvərət Şurasının katibi təyin edilib.

Cənab Dadaşov 2024-cü ilin fevral ayından etibarən GL Group-da Aparat rəhbəri vəzifəsində çalışır.

Bundan əvvəl “Taghiyev Operating Company” MMC-də Xarici Əlaqələr və Kommunikasiya üzrə Menecer vəzifəsində çalışan İsmayıl şirkətin xarici əlaqələlərinin və kommunikasiyasının genişləndirilməsində mühüm rol oynayıb.

İsmayıl GL-ə qoşulmazdan əvvəl İtaliya Respublikasının Bakıdakı səfirliyində xarici kommunikasiya sahəsində dərin təcrübə qazanıb.

Aparat rəhbəri kimi İsmayılın vəzifə təlimatlarına Qrupun Baş İcraçı Direktoru ilə birbaşa işləyərək ona biznesinin gündəlik idarə olunmasında kömək göstərmək, İcraiyyə Heyəti üzvlərinə qərarvermə, layihələrin idarə olunması və biznes strategiyalarının icrasında yaxından dəstək verməklə onların müvafiq tərəflərlə effektiv kommunikasiya və əməkdaşlıq qurmasına yardım etmək, vaxtın planlanması, məlumatlandırma və qərarvermə proseslərinin səmərəliliyini təmin etmək daxildir.

.

 

İsmayıl Dadaşov 2024-cü ilin aprel ayında Məşvərət Şurasının katibi təyin edilib.

Cənab Dadaşov 2024-cü ilin fevral ayından etibarən GL Group-da Aparat rəhbəri vəzifəsində çalışır.

Bundan əvvəl “Taghiyev Operating Company” MMC-də Xarici Əlaqələr və Kommunikasiya ...

İsmayıl Dadaşov

Katib