GL Group-un rəhbər heyəti müasir və müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri Xiyabanda onun məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.
Heydər Əliyevin Azərbaycanın müasir tarixinin formalaşmasında oynadığı müstəsna rol, suveren dövlətin qurulmasındakı uzaqgörən liderliyi, həmçinin onun rəhbərliyi dövründə əldə olunan mühüm siyasi və iqtisadi inkişaf nailiyyətləri milli qürur mənbəyimizdir.
Ziyarət zamanı GL Group komandası həmçinin Ümummilli Liderin həyat yoldaşı, tanınmış oftalmoloq akademik Zərifə Əliyevanın məzarını da ziyarət edərək onun əziz xatirəsini dərin hörmətlə yad edib.
GL Group olaraq, Heydər Əliyevin və Zərifə Əliyevanın əziz xatirəsini dərin minnətdarlıq və ehtiramla anırıq.