• WTI

    71,74 USD
  • Brent

    73,17 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    76,48 USD
GL Group İdarəetmə Townhall 2025

GL Group İdarəetmə Townhall 2025

GL Group-un İdarəetmə Komandası üçün Townhall Görüşü keçirildi. Görüşün məqsədi son illərdə əldə olunmuş nailiyyətlərə nəzər salmaq, əməkdaşlarla strateji prioritetlər və gələcək planlar barədə qarşılıqlı fikir mübadiləsi aparmaq idi.

Görüş, GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalovun rəhbərliyi ilə baş tutdu və təşkilat daxilində açıq dialoq və əməkdaşlıq üçün mühüm platforma rolunu oynadı. GL Group və onun afilə şirkətlərini təmsil edən rəhbər heyət üzvləri və fəal əməkdaşlar görüşdə iştirak edərək gündəlikdə olan məsələlər üzrə fikir mübadiləsi apardılar.

Müzakirələr əsasən əməliyyat göstəriciləri, texniki imkanlar, maliyyə intizamı, insan resursları və korporativ idarəetmə mövzuları ətrafında aparıldı.

Aktiv iştiraka və GL Group-un dinamik və beynəlxalq səviyyədə fəaliyyət göstərən müstəqil enerji şirkətləri qrupu kimi növbəti inkişaf mərhələsinin formalaşdırılmasına verdikləri töhfəyə görə bütün iştirakçılara təşəkkür edirik.