• WTI

    62.63 USD
  • Brent

    66.42 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    76.83 USD
Azərbaycanın ilk özəl enerji qrupu olan GL Group 6 yaşını qeyd edir.

Azərbaycanın ilk özəl enerji qrupu olan GL Group 6 yaşını qeyd edir.

Bu qısa müddət ərzində “GL Group” ölkənin enerji sektorunda öz sözünü deyə bilmiş, texnoloji innovasiyalar və operativ səmərəlilik sahəsində yeniliklərə imza atmışdır.

“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır.

Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti də daxildir.

“GL Group” 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın almışdır.